Kosmetik məhsullar

“Golden Rose” dipliner

GR-un bu liner-ini heeeçç sevmədimm👎🏼👎🏼 Sanki içərisində bir damcı da olsun qara rəng yoxdur, sadəcə sudan ibarətdir🤔 Bilmirəm niyə belədir. İstifadədən əvvəl çalxalamaq lazımdı, mən də nə qədər çalxalasam da, nə etsəm də istədiyim kimi olmurr. Həddən artıq suludur. Rəng verməsi çooxx zəifdir. Hətta elə olur ki, gözə tətbiq edəndə boz rəng olur. Qapqara olması üçün gərək 10 qat üst-üstündən tətbiq edim😱 Dedim bəlkə boz rəngdə linerdir bu, amma yooxx, üzərində yazılıb ki, dəqiq qaradır. Əslində mən bunu alanda qızılı qapaqlısını alacaqdım, satıcı qız səhvən bunu verib. Qısacaa, mənim bu liner-lə ulduzum barışmadı, üzdün beni, Golden Rose😞

Bir şərh yazın