Kosmetik məhsullar

“Ffleur” dip eyeliner

“2 Ffleur arasındakı 6 fərqi tapın” dermişim😅😅 Amma başqa şey deyəcəm😜 Bu liner haqqında danışacam bu gün, nəhayət☺️Ffleur liner-i (el arasında “flor” da deyilir😜) mənim makiyaja ilk dəfə başlayanda istifadə etdiyim liner-lərdəndir😇 Sizdən məsləhətli liner soruşanda da çoxunuz bunu məsləhət görmüşdünüz.

Deməli, qızlar, mən bunu illər əvvəl çox çoxx sevərək istifadə edirdim. Son vaxtlar isə məni qane etmir bu liner😟 Tamam, matdır, qaradır, tətbiq olunması rahatdır, fırçası da qəşəngir, amma gözə tətbiq edən kimi quruyur. Yəni liner-in bir hissəsini çəkirəm, biraz düzəliş etmək istəyirəm, amma alınmır, çünki əvvəl çəkilən hissəyə yeni qat tətbiq edəndə alttakı hissə pul-pul olur. Bilmirəm dəqiq necə başa salım… Sanki dəri quruyub qabıq verir aa, baxın bu liner də elə olur😑 Göz qapaqlarında narahatlıq hissi yaradır, hiss eliyirsən ki, gözün dərisində quru nəsə var😕 Həm də bir neçə saatdan sonra, xüsusilə göz qapağının iç tərəflərində və liner-in quyruq hissəsində (quşunda😅) çat-çat olur👎🏼 Bir də ki, bunun matlığı da qəribədir. Quruyub qalır, amma üstündə parlaqlıq olur. Hələ gözə tətbiq edəndə kipriklərə bulaşır, quruyur, kipriklərə tuş çəkmək olmur, liner-i kipriyimdən təmizləmək istəyəndə də az qalır kipriklərim qopsun😳 Başım çıxmır ki, bu necə liner-dir belə?😑


Sizin məsləhətinizdən sonra gedib bir daha aldım, amma effekt yenə eyni oldu😞 Soldakı mənim bir neçə ay əvvəl aldığımdı, 3-4 manata almışdım. Sağdakı təzədi, 2 manat idi deyəsən. Bilmirəm hansı orginal, hansı geydirmədi, amma 2-si də pisdir😷 Nerde o eski Ffleur-lar🤔😅😂 Ümidim Jade-yədir, onu tapsaydım, görərdim o necədir🤔

Bu arada, etdiyim makiyajlarda liner-i soruşanlar çox olur. Son 1-2 şəkildə liner Ffleur-dur. Artık ne kerametse, şəkildə yaxşı düşür😅😅😅 Şəkilləri çəkən kimi makiyajı silirəm, çünki bu liner gözümü ağrıdır😑 Silməyi də ayrı dərdir, təmiz ovulub tökülür😑

Ürəyimcə bir liner tapsaydım, dərdim olmazdı🙄😟

Bir şərh yazın