Kosmetik məhsullar

“Ffleur” qaş qələmi

Qaşlarımı doldurmaq üçün “ffleur”un bu qaş qələmindən istifadə edirəm☺️ Qələmin ucu yumuşaqdır, ama teksturası quru kimidir. Ona görə də bu qələmi bəyənirəm. Çünki adətən ucu yumuşaq olan qələmlərin teksturası da yağlı olur və həmin qələmləri tətbiq edəndə ucu əriyir sanki və ya qopur, yonanda qırılır. Amma bu qələm belə deyil. Ucu yumşaq olduğuna görə rahat tətbiq olunur, bununla belə tətbiq zamanı ərimir, çünki lap yağlı deyil👍🏼 Quru olduğuna görə də qalıcılığı yaxşıdır. Necə çəkirəmsə, saatlarla elə də qalır, axmır. Yonanda da rahat yonulur☺️ Qiyməti də münasibdir. 28-dəki Prestij mağazasından almışdım, 2-3 manat idi. Həm də tez qurtaran məhsul deyil. Mən bunu qışda almışdım, hər gün də qaşıma tətbiq etmişəm, hələ də qurtarmayıb😅 Məndə olan rəngi bozdur və düppədüz mənim qaşım rəngdədir👍🏼 Heç cür öz qaşım rəngdə qələm tapa bilmirdim, bunu tapanda da çoox sevinmişdim💃🏻 Bir dənə mənfi xüsusiyyəti odur ki, qapağındakı fırçası heç bir işə yaramır👎🏼Bu arada qızlar, əgər qaşlarınızı necə və hansı tip qaş məhsulu ilə dolduracağınızı bilmirsinizsə, “Daha səliqəli görünən qaşlara necə sahib ola bilərik?” yazımı oxuya bilərsinizz😜

Bir şərh yazın