Dəriyə qulluq

GARNIER Miselyar su

Salam, qızlar❤️ Uzun zaman sonra xoş gördüm hər birinizi😌 Bu gün çoxunuza məlum olan Garnier Miselyar su haqqında danışmaq istəyirəm. Bu məhsul demək olar ki, hamı tərəfindən sevilir. Mən də alıb sınamaq istədim☺️


Məhsul 400 ml-lik şəffav plastik qablaşdırmadadır. Çəhrayı rəngdə detallarının olması məni özünə cəlb etdi😍💖 Tam su kimidir, biraz köpüklüdür. Qoxusuzdur. İstifadədən sonra üzü yenidən yumağa ehtiyac yoxdur.


Bu məhsul bütün dəri tipləri üçün nəzərdə tutulub. Üz, göz və dodaq makiyajını təmizləmək üçündür. Makiyajı silməyi, dərini təmizləyib sakitləşdirməyi vəd edir.


İndi baxaq görək, vədlərini nə dərəcədə yerinə yetirir?🤔

Gündəlik sadə makiyajı yaxşı təmizləyir. BB krem, ənlik, örtücü, göz qələmi/liner, tuş, göz kölgəsi və dodaq boyasından ibarət makiyajımı 3-4 pambıq diski ilə təmizləyə bildim(2-si göz, 2-si üz üçün). Ağır üz və göz makiyajlarını, suya davamlı tuşu bir dəfəyə təmizləyə bilmir. Makiyaj qalıqlarını tam təmizləmək üçün üzərindən bir neçə dəfə keçmək lazım olur😬

Mən daha çox sadə makiyajlar etdiyim üçün məhsul məni qane etdi☺️ Ölçüsü böyük olduğu üçün uzun müddət istifadə etmək olur. 400ml-lik məhsul 200 dəfəyə qədər makiyajı silməyi vəd edir ki, məncə bu vədini yerinə yetirir☺️ Gözü yandırmır, üzü qıcıqlandırmır. Makiyajı təmizlədikdən sonra dəri yumşaq olur və təmizlənmiş hissi gəlir. Düzdür, üzü əlavə olaraq yumağa ehtiyac yoxdur, amma mən həmişə ürəyim rahat olsun deyə üzümü təmizləyici vasitə ilə mütləq yuyuram. Ben de böyle bir manyağım işte😈😂

Favorit marketdən 6 manat kimi bir qiymətə almışdım, amma hal-hazırda qiyməti artıb deyəsən😬 Yenə də məncə yaxşı bir makiyaj təmizləyicidir. Dəfələrlə alacağım məhsullar sırasındadır❤️

Instagram-da bu məhsulla bağlı olan post-uma 💖 bu smayliki şərh olaraq yazsanız, sevinərəm😌

Bir şərh yazın