Kosmetik məhsullar

Golden Rose “Maxim Eyes” Mascara

Salam, qızlar😇 Bu gün sizə GR Maxim Eyes tuşu haqqında danışmaq istəyirəm. Alışveriş yazımda (Alışveriş) bu tuşu aldığımı yazmışdım. Ümumiyyətlə, GR-un rəngarəng qablaşdırmada olan tuşlarını istifadə edib fikirlərimi bölüşəcəyimi daha əvvəl yazmışdım. Yaşıl qablaşdırmada olan tuş haqqında artıq yazmışam (GR Miracle Lash). İndi isə növbə sarı qablaşdırmada olan tuşdadır😉

img_9651

Bu tuş həcm və kiprikləri qaldırmağı vəd edir. Qablaşdırmanın rəng uyğunluqlarını çox da bəyənmədim. Fırçasının tükləri silikondur. Qısa və sıx tükləri var. Ümumiyyətlə, bu tuş görünüşünə görə yaşıl qablaşdırmada olana bənzəyir. Sadəcə fırçasının forması fərqlidir – qum saatına bənzəyir. Bununla da maksimum həcm vəd edir. Tərkibində paraben yoxdur. Düzü, yaşıl qablaşdırmada olana fikir verməmişdim, paraben var, ya yox, amma bunda yoxmuş👍🏼

img_9652

Bu tuş da digəri kimi kiprikləri yaxşı darayır, bir-birinə çox yapışdırmır. Amma digərindən fərqli olaraq, qat-qat tətbiq etmək çətindir. Düzdür, bunun da teksturası nəmlidir, amma digəri kimi kipriklərdə tez sabitlənmir, qurumağını gözləmək lazım olur. Kiprikləri çox sərtləşdirir, taxta kimi olur və ağırlıq hissi verir. Kipriklərdən çox çətin təmizlənir. Qalıcılığı yaxşıdır. Axmır, tökülmür. Məncə həcm verməyi yaxşı deyil. Sadəcə kiprikləri qaldırır, uzadır və tək-tək ayırır. Bu da mənim sevdiyim kiprik forması olmadığı üçün bu tuşu bəyənmədim deyə bilərəm. Çünki mən həcmli kiprikləri sevirəm.

img_9647

img_9648

img_9649

img_9650

28-dəki kosmetika mağazasından 2.50 AZN-ə almışam. Qiyməti olduqca münasibdir. Uzun və tək-tək ayrılmış kiprikləri sevənlər alıb sınaya bilərlər. Həcmli kiprikləri sevənlər isə yaşıl qablaşdırmada olana üstünlük verə bilərlər. Növbədə narıncı və çəhrayı qablaşdırmada olan tuşlar var. Onların performansı da mənim üçün çox maraqlıdır.

Bəs siz bu tuşu isifadə etmisinizmi, qızlar?☺️ Fikirlərinizi mənimlə bölüşməyi unutmayın😜 Yeri gəlmişkən, Instagram-da bu tuşla bağlı olan post-uma şərh olaraq sarı ürək qoysanız, sevinərəm💛 Maraqlıdır, kimlər Instagram-dan görüb gəldilər?😅 Deyəcəklərim bu qədər, qızlar😌 Hələliikk❤️

Bir şərh yazın