Nədir?

DD krem nədir?

BB və CC kremin nə olduğunu artıq bilirik (BB krem nədir?/CC krem nədir?). Bəs görəsən DD krem nədir belə?

DD krem “Daily Defense”, “Dynamic Do-All” sözlərinin qısaldılmış, forması olub “Gündəlik müdafiə”, “Davamlı və Tam Qulluq” kimi tərcümə olunur və üz dərisinin bütün ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub😌

dd-cream-contem-1g-1

BB və CC kremin bütün gücünü özündə toplayan DD krem, xüsusilə, anti-aging (yaşlanmağa qarşı) xüsusiyyətini özündə daşıyır. Üz dərisində qırış, sallanma kimi problemləri olanlara DD krem daha çox məsləhət görülür, çünki dərini dartır və aydınlıq bir görünüş verir. Xırda qırışları, ləkələri, dəridəki rəng fərqliliklərini aradan qaldırmağa kömək edir👍

DD kremlərin tərkibində günəşdən qoruyucu faktor da olur ki, bu da çox vacib xüsusiyyətlərdən biridir. Yüngül teksturaya malik olan DD kremlər üzdə ağırlıq hissi yaratmır. Göz ətrafına da rahatlıqla tətbiq etmək mümkündür. Dəriyə xoş bir görünüş verməklə bərabər, onu xarici təsirlərdən də qoruyur☺

Bir şərh yazın