Kosmetik məhsullar

ESSENCE “Lash&Brow” Gel Mascara

Salam, qızlarr❤️ Ümid edirəm ki, əhvalınız yaxşıdır😇 Bu gün sizə Essencein şəffav kiprik və qaş geli haqqında danışacam.

Mənim qaşlarım qarışıq deyil, sözəbaxandır. Amma bir az yuxarıda sabit qalsın istəyirəm. Bu səbəbdən bu qaş gelini aldım. Uzun müddət istifadə etdim və artıq fikirlərimi bölüşməyin vaxtıdır☺️

Başlayaq qablaşdırmadan😜


Məhsulun qablaşdırması özü kimi şəffavdır, bu da içərisində nə qədər məhsul qaldığını göstərir. Amma doldurulmuş qaşları bununla sabitlədikdən sonra fırça qaş doldurulan mehsulla “kirlənir” və gel həmin rəngə boyanır😏 Bu da geli sanki “çirkli” göstərir və insana xoş təsir bağışlamır😑


Fırçası yaxşıdır. Normal tuş fırçalarından fərqli bir az olaraq kiçikdir. Buna görə də qaşları rahat darayır.

Bayaq da dediyim kimi qaşlarımı doldurduqdan sonra tətbiq edirəm. Həmin an qaşlarda islaq bir görüntü yaranır, bir neçə dəqiqə sonra quruyur. Qaşlar sabitlənmiş kimi görünsə də, çox tez bir zamanda əvvəlki halına qayıdır. Mənim bu cür sözəbaxan qaşlarımı belə sabit saxlaya bilmədisə, qarışıq qaşları necə sabitləyər, heç bilmirəm😁 Bəlkə də çooxx-çoooxx seyrək qaşları sabit saxlaya bilər, amma qalın və gur qaşlarda heç bir işə yaramır.

Bunlardan əlavə məhsul qaşlarda qəribə bir narahatlıq hissi yaradır. 3-4 saat sonra da qaşların rəngini soldurur sanki😑

Bu məhsul həm də kipriklər üçün şəffav tuş kimi istifadə oluna bilər. Amma mən heç kipriklərimə vurmadım deyə, necə effekt verər bilmirəm.


Məhsul 9 ml həcmindədir. İstifadə müddətİ 6 aydır. Mən demək olar ki, hər gün istifadə etməyimə baxmayaraq, məhsulun özü yox, istifadə müddəti bitdi. Baku Malldakı Real Beauty (IG➡️@realbeauty_az) mağazasından səhv etmirəmsə, 9 AZN-ə almışdım.

Nəticədə, heç bəyənmədim və yenidən alacağım məhsullar sırasında deyil❌

Bu qədər, qızlar☺️ Yeni yazılarımıı gözləyinn😈 Hələlikkkk❤️

Bir şərh yazın