Uncategorized

Alışveriş💸

Salamlar, hər kəsə😍 Yeni bir yazı ilə gəldim yenə💃🏻 Bu dəfə son zamanlarda etdiyim alışveriş haqqında yazacam. Bir dəfə alışveriş haqda yazım olub və yazım bəyənildiyi üçün yenidən yazmağa qərar verdim☺️ Nə isə, çox uzatmadan başlayım😅

Bu günəşdən qoruyucu kremi aldım⬇️


Uzun vaxtdan sonra yenidən lazer epilyasiyasına başlamışam deyə günəşdən qoruyucu kremdən mütləq istifadə etməli olduğumu dedilər və SPF 50-dən yuxarı olmalı imiş (yay fəsli olduğuna görə). Mən də dünyanın axırı imiş kimi gedib SPF 90 almışam😁 Birdən günəşdən yanıb külə dönərəm qorxusu yaşamışam hər halda😒 İndi burda bir məsələ var ki, mən bunu aptekdən almışam 13 manata, amma sonra adi bir kosmetika mağazasında 3 manata gördüm😱 Fena kazıklanmışım😑

GR BB kremin 03 nömrəsini aldım nəhayət😅 04 var idi məndə və tünd idi azca(GR BB Cream). Prestijdən 6.80 AZN-ə aldım.


Garnier-in bu məşhur makiyaj təmizləyici suyunu aldım. Artıq istifadə etmişəm bir neçə dəfə. Haqqında mütləq daha ətraflı yazacam☺️ Favorit marketdən səhv etmirəmsə, 6 manata almışam bunu.

Flormar-ın bu linerini aldım. Yaxşı liner axtarışındayam. Səhifəmdə xanımlardan biri bunu məsləhət görmüşdü. Ona görə aldım, görüm necə olacaq nəticə?😜 28-dəki kosmetika mağazasından 2.50 AZN-ə aldım.

GR-un rəngli qablaşdırmada olan tuşlarından bu dəfə sarı rəngdə olanı aldım. O birini bəyənmişdim (GR “Miracle Lash” Mascara). Bunu da bəyənənlər çoxdur, ona görə bu tuşdan da ümidliyəm☺️

Eveline 8in1 yenidən aldım. Haqqında yazmışdım daha əvvəl (Eveline 8in1). Bunu da 28-dən 3.30 AZN-ə almışam.


Belə qəribə bir qolbaq aldım⬇️

Bunu Sahil metrosunun girişi tərəfindəki aksesuar mağazasından almışam 1 ya 2 manata☺️ Qəribəliyi ondadır ki, ortasında taxta hissəsi var, ora istənilən bir şey yazmaq olar. Hələ bilmirəm nə yazım amma😅

Bu çantanı Əcəmidəki bir mağazadan aldım.


13-15 manat kimi bir qiyməti vardı. Universitetə görə həmişə böyük çantalardan istifadə etmişəm. Rəngləri də çox vaxt tünd seçirdim. Yay üçün balaca, şux rəngli bir çanta axtarırdım. Bunun rəngini çox bəyənərək aldım. Balaca qızlar kimi hələ də çəhrayı rəngi sevirəm👛😍😅 Deməli, bu çantanın da bir əmması var😁 Üstündə Moschino yazılmaqdan, Moshsno, Moshineno filan yazılıb😥 Çakmanın da çakması olmuş bu resmen😟 Əslində həmişə belə şeylərə fikir verib alırdım. Çakma da olsa, düz yazılsın da firmanın adı😒 Nəsə rəngi görüb sevincək olub almışam. Firmaya baxmaq fikrimdən qaçıb😅 Eybi yox, yenə də taxıram bu çantanı. Heç kim də fikir verməmişdi yazılara əslində. Daha dedim, hamı bildi😂

Bu 2 koftanı Əcəmidəki mağazalardan almışam⬇️


Mən əslində bu koftanı almaq istəyirdim⬇️


Formasını çox bəyənirdim. Sadəcə mənə yaraşmadı deyə ona oxşar formada olan bu koftanı aldım⬇️ Qiyməti 18-20 manatdır.

O biri aldığım koftanın isə üzərindəki şəkillər xoşuma gəldi🙈 Arxası uzundur. Əyində boş qalır. Adamı sərin saxlayır😅 Bunu da 16 manata aldım.


LC Waikikidə 50%-ə qədər endirim var idi. Bir neçə şey bəyəndim, amma ya ölçüsü mənə uyğun gəlmədi, ya forması yaraşmadı. Məsələn, bu şalvarın rəngini çox bəyəndim, amma boş qaldı biraz. Koftanın da bir dənə aşağı hissəsini bəyənmədim. Ona görə almadım😁


Bu şalvarı isə son anda gördüm və çox bəyəndim😍


Çoxdan belə üstü şəkilli cins şalvar axtarırdım zaten😅 Bunu da LC Waikikinin uşaq paltarları hissəsindən tapdım😅 10-11 yaşlı uşaq ölçüsündədir, amma mənə tam oldu😂 Qiyməti 50 manatdan 27-ə düşmüşdü☺️


2 cüt də ayaqqabı almışam. Biri bu tangetka olandır⬇️

Kabluk geyinə bilməsəm də, tangetka geyinə bilirəm😅 Amma bir neçə saat sonra ayaqlarımı ağrıdır😥 Ona görə də, “Ən yaxşısı alçaq daban ayaqqabıdır” deyib bu vetnamkanı da aldım.


Tangetkanı Əcəmidən 15 manata, vetnamkanı isə Romanticdən endirimlə 8 manata almışam. Ayaqqabıların ayağımdakı şəkilləri yuxarıda var😅⬆️

Bu qədər, qızlar😅 Bura qədər oxuya bildinizsə, sizə çoooxx təşəkkür edirəmmm😘 Çünki çox uzun bir yazı oldu, bilirəm😁 Ama bitdi yani. Yeni yazılarda görüşənədək, hələliikkk😉

Alışveriş💸” üçün bir şərh

Bir şərh yazın