Nədir?

Dəri alt tonu nədir?

Hər birimizin dəri rəngi demək olar ki, məlumdur – ağ, qarabuğdayı, sarışın, əsmər… Əslində isə görünüşümüzdəki hər bir şeyin duruşunu dəyişdirən, dəri alt tonumuzdur. Bəs bu dəri alt tonu nədir?

“Bu rəng səni boğdu”, “Bu dodaq boyası səni solğun göstərir” kimi cümlələrin səbəbi dəri alt tonudur. Dəri alt tonu, saç rəngindən makiyaja, aksesuardan geyimə kimi ən doğru rəngləri seçməyimizə kömək edir.

Əvvəlcə onu deyim ki, dəri alt tonu ilə dəri rəngi ayrı-ayrı şeylərdir. Dəri alt tonunun 3 növü var➡️isti; soyuq; neytral.

🔶İsti dəri alt tonuna sahib olan insanların dərisinin altındakı piqmentlər sarı rəngdir. Ona görə də isti dəri alt tonu “sarı alt tonlu dəri” olaraq da adlandırılır.

🔷Soyuq dəri alt tonuna sahib olan insanların dərisinin altındakı piqmemtlər çəhrayı və ya qırmızı rəngdir. Ona görə də soyuq dəri alt tonu “çəhrayı alt tonlu dəri” də adlandırılır. Soyuq alt tonlu insanların düşünüldüyü kimi ağappaq olmaqları şərt deyil. Çünki əsmər dərili insanlar da soyuq alt tonlu ola bilər.

◻️Neytral dəri alt tonu isti və soyuq kateqoriyalarına uyğun olmayan alt tondur. Ən nadir və şanslı dəri alt tonu neytraldır. Çünki hər şeyi özlərinə yaraşdıra bilirlər.

Bəs sizin dəri alt tonunuz hansıdır?⬇️⬇️⬇️

Dəri alt tonunun müəyyən edilməsində istifadə olunan ən sadə üsul➡️damar vasitəsilə təyinetmədir. Belə ki, gün işığında biləyinizdəki damarlara baxaraq dəri alt tonunuzu müəyyən edə bilərsiniz. Əgər damarlarınız yaşıl rəngdə görünürsə – isti, göy və ya bənövşəyi rəngdə görünürsə – soyuq alt tona sahibsiniz. Həm yaşıl, həm də göy/bənövşəyi rəngdə damarlar varsa, deməli, neytral alt tonlusunuz.

image

Dəri alt tonunuzu bilmək, sizə yaraşanı bilmək deməkdir. İsti alt tona sahib olanlara isti rənglər, soyuq alt tona sahib olanlara isə soyuq rənglər daha çox yaraşır.


Aksesuar seçimində – isti alt tonlulara qızılı, soyuq alt tonlulara gümüşü aksesuarlar daha uyğundur.

Ümumiyyətlə, Asiya qitəsində yaşayanlar insanlar isti, Avropalılar isə soyuq alt tonlu hesab olunur. Təbii ki, istisnalar da var☺️

Bəs siz dəri alt tonunuzu müəyyən edə bildinizmi, qızlar? Ümid edirəm, bu yazım sizə az da olsa kömək olar😇

Bir şərh yazın