Dəriyə qulluq

ЧИСТАЯ ЛИНИЯ скраб очищающий “обрикосовые косточки”

Hamıya salam😌 Uzun müddət sonra yeni bloq yazımda xoş gördüm sizi😇 Bu gün “Чистая Линия”nın ərikli skrabı haqqında danışmaq istəyirəm. Bu skrab çoxları tərəfindən sevilir, məşhur bir məhsuldur. Ona görə mən də bu məhsula bir şans vermək istədim😼 Bu skrabın 2 növü var :

🔸Ərikli – normal və qarışıq dəri üçün;


🔸Moruqlu – quru ve həssas dəri üçün.

myagkij-skrab-chistaya-liniya-malina-i-brusnika-otzyvy-1386001681

Mənim dərim yağlı dəri olduğu üçün ərikli olanı özümə daha uyğun bildim. Qablaşdırması normaldır. Xoşagələn qoxusu var – bildiyimiz krem qoxusu ilə ərik qoxusunun qarışığı kimidir. Teksturası dəri rənginə bənzəyən kremdən və içərisində olan ərik tumlarından ibarətdir. Bu ərik tumları və ya hissəcikləri çox da xırda deyil, azca sərtdir. Ona görə də üzə incə hərəkətlərlə tətbiq etmək lazımdır.

Bu skrab dərini dərindən təmizləməyi, daha qüsursuz dəriyə sahib olmağı, dəri tonunu bərabərləşdirməyi vədd edir. Tərkibindəki çobanyastığı ekstraktı isə dərini rahalaşdırır, qıcıqlanma ve qızartını azaltmağa kömək edir, dərini yumşaldır. Vədd etdikləri bunlardır. İndi isə baxaq görək, vədd etdiklərini yerinə yetirir mi?


Mən tam əminliklə deyə bilərəm ki, bəli, vədd etdiklərini layiqincə yerinə yetirir. Çox əla bir skrabdır. Ən əsası qara nöqtə problemini aradan qaldırmağa kömək edir. Mənim burnumun üstündə qara nöqtədən barmaq basmağa yer yox idi və bu mənim üçün çox böyük problem idi. Amma bu skrabı istifadə etdikdən sonra qara nöqtələrin xeyli hissəsi təmizlənib. Dərini yupyumşaq edir. İstifadədən sonra dəri sağlam şəkildə parıldayır, təmizlik hissi verir üzə.

İstifadə qaydası➡️Həftədə 1-2 dəfə istifadə olunmağı tövsiyyə olunur. Bir miqdar skrabı su ilə isladılmış üzə və boyuna (göz ətrafı istisna olmaqla) tətbiq edin. Dərini skrabla yüngülcə massaj edin. Daha sonra ilıq su ilə yuyun.

Mən həftədə 2 dəfə duşda bu skrabı istifadə edirəm. Duş zamanı buxardan dərinin məsamələri açıldığı üçün skrab dərini daha gözəl təmizləyir. Onu da deyim ki, bir məhsulun nəticəsini görmək üçün onu müntəzəm istifadə etmək lazımdır. 1 dəfə yoxlayıb, nəticəsini tam olaraq görmək mümkün deyil😉
Mən bu məhsulu “Favorit market”dən almışam. Qiyməti də ucuzdur, 2 manat idi səhv etmirəmsə. Bütün marketlərdə də var məncə😊

Belə, qızlar😇 Mənimlə bu məhsul haqqında olan fikirlərinizi bölüşməyi unutmayın😌 Hələlik❤️

Bir şərh yazın