Dırnaqlara qulluq

“Eveline” 8в1 Здоровые Ногти

Salamlar, hər kəsə😍 Bu gün sizə Eveline 8-i 1-də Sağlam Dırnaqlar məhsulu haqqında danışmaq istəyirəm. Bu məhsul, əsasən problemli dırnaqları bərpa etmək üçün nəzərdə tutulub. Mənim dırnaqlarım çox zəif olduğu üçün dırnaq möhkəmləndirici məhsullar istifadə etmək mənim üçün vacibdir.


Bundan əvvəl Умная Эмаль dırnaq möhkəmləndiricisindən istifadə etmişəm (Умная Эмаль 2). Daha sonra Evelinenin çox sevildiyini gördüm və qiyməti daha münasib olduğu üçün almağa qərar verdim.


Bu məhsul 8 dırnaq problemini həll etməyi vədd edir↙️

1️⃣ Zəifləmiş;

2️⃣ Cansız;

3️⃣ Nazik;

4️⃣ Kövrək;

5️⃣ Aşınmış;

6️⃣ Yumşaq;

7️⃣ Mat;

8️⃣ Kobud dırnaqlar.

Mənim dırnaqlarımda 8 yox, bəlkə 88 problem var😅 Ona görə başladım bu məhsulu istifadə etməyə və artıq fikirlərimi sizinlə bölüşməyin vaxtıdır😌


Mən bu məhsula BA-YIL-DIMMM😍😍😍 Həqiqətən də sevildiyi qədər varmış👍🏼 Mənim qat-qat soyulan, hələ heç uzanmamış içlərdən, yan hissələrdən qırılan, sanki çürümüş dırnaqlarımı o qədər gözəl müalicə etdi ki, inana bilmirdim😱 Dırnaqlarım çox sağlam şəkildə uzandı və möhkəmləndi. Dırnaqlarım o qədər möhkəmdir ki, pilkalayanda belə çətinlik çəkirəm😅 Sadəcə onu deyim ki, bu məhsul dırnaqları sürətlə uzatmaq üçün deyil, çünki dırnaqlar öz normal sürətilə uzanır, lakin sağlam bir formada☺️ Mən uzun dırnaqları çox sevdiyim üçün, uzandıqca uzatdım😇 Çox adam elə bilirdi ki, qaynaqdır😅 Amma artıq bezib kəsmişəm😜

Evelinenin bu məhsulunu həm dırnaq preparatı, həm də dırnaq bazası olaraq istifadə edə bilərsiniz. Dırnaqları müalicə etmək üçün istifafə qaydası➡️İlk gün dırnaqlarınıza 1 qat tətbiq edin. 2-ci gün üzərinə 2-ci qatı tətbiq edin. 3-cü gün bu 2 qatı silib yeni bir qat tətbiq edin və beləcə bu proseduru davam etdirin. Müalicə müddəti 2-3 həftədir. Bu müddət ərzində dırnaqlarınıza dırnaq boyası tətbiq etmək məsləhət görülmür. Müalicə bitdikdən sonra məhsulu dırnaq bazası kimi dırnaq boyasından əvvəl dırnaqlarınıza tətbiq edə bilərsiniz☺️

Mən Prestij mağazasından 2.70 AZN-ə almışdım. Hal-hazırkı qiymətini dəqiq bilmirəm😇 Əgər doğurdan da problemli dırnaqlarınız varsa, bu məhsulu sizə tam rahatlıqla məsləhət görürəm😌

“Eveline” 8в1 Здоровые Ногти” üçün 7 şərh

  1. Salam mende bu eveline 8b1 dirnaq mohkemlendiricisini cox istifade etmisem heqiqetende mukemmel vasitedir.28de optovoylar olan yerde soldan en axirinci magazada 3manat 20 qəpikdir. Bir cox yerlerde muxtelif qiymetlerde olur.

    Bəyən

Bir şərh yazın