Kosmetik məhsullar

Golden Rose “Miracle Lash” Mascara

Hər kəsə salam☺️ Bu gün sizə GR-un Miracle Lash tuşu haqqında danışmaq istəyirəm. Alış-veriş yazımda bu tuşu aldığımı bildirmişdim (Alış-veriş yazımı oxumaq üçün bu linkə daxil ola bilərsiniz). Artıq bir neçə aydır istifadə edirəm və fikirlərimi paylaşmaq vaxtıdır artıq.

Bu tuş – həcm, uzunluq və kiprikləri tək-tək ayırmağı vəd edir. Qablaşdırması pis deyil. Yaşıl və çəhrayı rənglərini sevdiyim üçün xoşuma gəldi. Fırçasının tükləri plastik/silikondur. Qısa və sıx tükləri var.

Kiprikləri çox gözəl darayır, tək-tək ayırır, əsla bir-birinə yapışdırmır. İstəyirsiz lap tuşu 5 qat tətbiq edin, yenə də kipriklərdə yığılıb qalmır. Tuşun teksturası nəmlidir, amma kipriklərdə tez sabitlənir. Kipriklərə həm uzunluq, həm də həcm verir. Məncə daha çox həcm verir, nəinki uzunluq. Ona görə də bu tuşu sevdim😍 Çünki mən həcmli kiprikləri daha çox sevirəm.

Qalıcılığına söz ola bilməz. Saatlarla kipriklərdə olduğu kimi qalır, qopmur, tökülmür👍🏼 Hətta bir dəfə ağlamışam bu tuş kipriyimdə olanda, inanın ki, onda da axmadı😅

Mən GR-un öz mağazından almışdım. Qiyməti yadımda deyil, amma 5 manatdan çox deyildi deyəsən. Münasib qiymətli tuşdur və qiymətinə görə öz işini əla görür👍🏼 GR-un rəngli qablaşdırmada olan o biri tuşlarını da alıb yoxlayacam mütləq😼

maskara.jpg

Qızlar, bəs siz bu tuşu istifadə etmisinizmi? Mənimlə fikirlərinizi bölüşməyi unutmayınnn❤️

Golden Rose “Miracle Lash” Mascara” üçün 2 şərh

Bir şərh yazın