Nədir?

“Top coat” nədir?

Salam, qızlaaarrrr❤️❤️❤️ Bu gün yenə sizin üçün faydalı olacağını düşündüyüm bir mövzu haqqında danışmaq istəyirəm. Mövzumuz➡️top coat☺️ Gəlin baxaq görək ki, bu top coat nədir belə?☺️

Biz qızlar dırnaq boyası çəkməyi çooxx sevirik😼 Fərqli rənglərdə olan dırnaq boyaları hepimizin vazgeçilmezi😈 Amma bəzən dırnaq boyamızın dırnaqdakı duruşu ürəyimizcə olmaya bilir – Ya dırnağımızda hamar qalmır, ya da 2 gün keçməmiş qopur və s. kimi problemlər yaşaya bilirik. Belə anlarda bizim köməyimizə top coat çatır💪🏼

x7474.jpg

Top coat sözünü tam mənası ilə öz dilimizə tərcümə etməkdə çətinlik çəkirəm, amma ümumi desək, dırnaq boyasının üzərinə tətbiq olunan üst qatdır. Yəni qısaca, top coat dırnaq boyasını sabitləmək üçün istifadə olunan şəffav dırnaq boyasıdır.

Top coatların fərqli-fərqli növləri də var➡️mat və ya gel effektli top coatlar, dırnaq boyasını tez qurutmaq üçün olan top coatlar və s. Müxtəlif firmaların, istənilən qiymətlərdə növbənöv top coatları var☺️

MTI3NTE1MTI4NzM5NDU5MDQy

Mənə görə top coat çox lazımlı bir məhsuldur. Şəxsən mən dırnaq boyamı top coatsız təsəvvür belə etmirəm, çünki tez-tez dırnaq boyamı dəyişməyə vaxtım olmur. Ona görə də tətbiq etdiyim dırnaq boyamın ən çoxu 1 həftə normal vəziyyətdə qalması üçün top coat şərtdir👍🏼 (Dırnaq boyanızın dırnağınızda daha uzun müddət qalmağını istəyirsinizsə, “Dırnaq boyanızı 5 QAT çəkin!” yazımı oxuya bilərsiniz😉).

best-top-coats

Belə, qızlarım😇 Ümid edirəm kiii, bu postum xoşunuza gəldi😌 Fikirlərinizi mənimlə bölüşməyi unutmayınnnnnn, hələlikkkkk😌😘❤️

Bir şərh yazın