Makiyaj sirləri

Öz tonal kremimizi özümüz hazırlayaq😼

Bəzən dəri tipimiz fəsil dəyişkənliyinə görə dəyişə bilir. Fəsillərdən asılı olaraq dəri rəngimiz açılır və ya tündləşir. Bunlardan əlavə makiyaj trendləri tez-tez dəyişir. Bu dəblə ayaqlaşmaq da bəzən alınmaya bilir. Çünki hər yeni məhsul çıxdıqca alsaq, bankrot olarıq😅 Ona görə də əgər hər hansı bir tonal/BB/CC kreminizdən hansısa bir xüsusiyyətinə görə narazısınızsa, “Kaş, bir az açıq rəng olardı; Kaş ki, azca parlaq olardı…” kimi sözlər fikrinizdən keçirsə, hal-hazırda əlinizdə olan məhsulları dəyərləndirərək, öz tonal kreminizi özünüz hazırlaya bilərsiniz😇

fondoten

🔸Əgər tonal kreminizin günəşdən qoruyucu faktoru (SPF) yoxdursa, içərisinə günəşdən qoruyucu krem qata bilərsiniz😼

krem-dlya-litsa-spf-30-ambre-solaire-garnier-673-B.jpg.png

🔸Tonal kremin üzünüzdə daha hamar və yumşaq qalmasını istəyirsinizsə, mat tonal kremə silikonlu üz bazası əlavə etməyiniz kifayətdir👍🏼

maybelline-baby-skin-review-428x2861

🔸Üzdə daha canlı və parlaq görünən bir tonal kreminizin olmasını istəyirsinizsə, içinə bir az krem aydınladıcı (highlighter) qatın😉

2.jpg

🔸Əgər tonal kreminiz üzünüzdə tünd qalırsa, içərisinə daha açıq rəngdə olan tonal kreminizi qata bilərsiniz və ya əksinə, açıq rəngli tonal kreminizə daha tünd rəngli tonal krem əlavə edib öz dəri rənginizə uyğunlaşdıra bilərsiniz😇

mac

 

🔸Dəriniz quru olduğu halda səhvən mat tonal krem almısınızsa, tonal kremin nəmliliyini artırmaq üçün içərisinə tərkibində yağ olmayan nəmləndirici krem əlavə edə bilərsiniz☺️

blogger-image--744726143

 

Nəticədə, qızlar, bu üsullarla ürəyinizcə olan bir tonal krem əldə edirsiniz😇 Ümid edirəm, sizin üçün faydalı bir yazı olduu🙏🏼❤️ Bu günlük bu qədər, hələlikkk💃🏻😌

Öz tonal kremimizi özümüz hazırlayaq😼” üçün 4 şərh

Bir şərh yazın