Saçlara qulluq

Pantene Arqan yağı ilə “Təbiətlə Vəhdət” Oil Therapy iksiri

Salamlar hər kəsə😇 Bu gün yenə bir məhsul haqqında fikirlərimi bölüşəcəm sizinlə – Pantene arqan yağlı iksir☺️

Saçqıranlar çoxumuzun “yaralı yeri” olduğu üçün belə məhsullar hər zaman köməyimizə çatır. Yəqin ki, saç üçün belə yağlar olmasaydı, mənim bu zəif saçlarım lap pis günə qalardı😁 Pantene-nin bu yağını da çoxları tövsiyyə edirdi, bir rəfiqəm də istifadə edib bəyənmişdi, ona güvənərək mən də gedib aldım😊 Əslində Pantene-nin o biri saç serumunu (“Pantene saç ucları üçün serum” haqqında oxumaq üçün bu linkə daxil ola bilərsiniz.) heç bəyənməmişdim deyə, bundan da ümidli deyildim, amma bu məhsul məni yaxşı mənada yanıltdı😳


Artıq uzun müddətdir ki, istifadə edirəm. Hər dəfə saçlarımı yuduqdan sonra azca nəmini dəsmalla alıb bu yağı saç uclarıma tətbiq edirəm. Saçlarda əsla yağlı hiss saxlamır, ağırlaşdırmır. Saça tez hopur. Saç uclarındakı quruluğu xeyli azaldır. Saçlar sağlam görünür😍 Qoxusu da narahat edici deyil – Pantene-nin şampunları kimi xoş bir qoxusu var😋

Belə məhsullardan çoxları gözləyir ki, saçlarındakı saçqıranları yox etsin, amma təbii ki, belə bir şey mümkün deyil. Bu tip məhsulların xüsusiyyəti odur ki, saçqıranların daha da artmasının qarşısını alsın və Pantene-nin bu iksiri bu işi çox yaxşı bacarır👍🏼

Məhsul həm də çoooxx bərəkətlidir😅 Çünki 1-2 damcısı bütün saç uclarına kifayət edir. Ölçüsü 100 ml, istifadə müddəti isə 3 ildir. İstifadədən əvvəl çalxalayaraq, saçlara nəm halda tətbiq etmək lazımdır. İstifadə qaydalarında “saç uclarından diblərinə kimi” yazılıb, amma əgər saç tipiniz yağlıdırsa, əsla diblərə tətbiq etməyin❌ İstifadədən sonra saçları su ilə yaxalamağa ehtiyac yoxdur, dərhal qurulaya bilərsiniz☺️

Mən Bazar Store-dan 3,50 AZN-ə almışdım. Hal-hazırki qiymətini bilmirəm. Doğurdan da çox əla bir məhsuldur. Mən Lakmē-ni çox bəyənirdim (Lakmē sun care serum), amma Pantene də onunla eyni effektə malikdir və hətta qiymətinin münasibliyi ilə daha öndədir. Dəfələrlə alacağım məhsullar sırasındadır, hər birinizə də məsləhət görürəm😌

Bu qədər, gözəllər❤️ Ümid edirəm, sizin üçün faydalı bir yazı oldu😊 Bu məhsul haqqındakı fikirlərinizi mənimlə bölüşməyi unutmayın😜 Hələlikkk🙋🏻😌😇😍

Bir şərh yazın