Uncategorized

Shopping🛍

Salam, qızlar😇 Bu gün sizə son zamanlarda etdiyim alışveriş haqqında yazmaq istəyirəm. İlk dəfədir ki, belə tipdə yazı paylaşıram. Bilmirəm necə alınacaq🙈 Özüm alışveriş yazılarını, videolarını sevirəm☺️ Ümid edirəm ki, sizin üçün də maraqlı olar😌

Bildiyiniz kimi mart ayında bayramlarla əlaqədar demək olar ki, bütün mağazalarda endirimlər var idi. Mən də xüsusilə endirim zamanı shopping etməyi sevirəm😈 Nə isə, keçək aldıqlarıma↙️

Golden Rose-dan başlayaq☺️ GR-da 20% endirim var idi. Mən də fürsətdən istifadə edərək, bir neçə şey aldım😼 Bir dənə qara göz qələmi aldım. Özümdə olan qələmim çox axırdı, rəfiqəmin məsləhətilə bunu aldım. Amma təəssüf ki, bu da gözdən axır😟 Gələn dəfə suyadavamlı (waterproof) olanından alacam. Görək o necə olacaq😬 Bu qələmin qiyməti 2 manat idi deyəsən.

img_1052

Sonra Quick Dry Top Coat aldım. Mənim dırnaqlarımda dırnaq boyası nədənsə çooxx gec quruyur😑 Başqa bir firmanın Quick Dry Drop-u var idi məndə. Onun haqda fikirlərimi tezliklə yazacam. Özümdəki top coat-ımın da istifadə müddəti bitmişdi😅 Elə top coat almışkən, dedim birdəfəlik dırnaq boyasını tez qurudanından alım, 2-si 1-də😈 Fikirlərimi mütləq bölüşəcəm😇 Bu arada dırnaq boyalarında endirim yox idi. Bunun da elə normal qiyməti 3 manatdır.


Endirim bitdikdən sonra Golden Rose-dan mənə 10%-lik endirim kartları vermişdilər, Instagram-da da paylaşmışdım, o kartdan da istifadə elədim😼 Mat dodaq boyalarından sonra blesk həvəsinə düşdüm və qablaşdırmasını bəyəndiyim üçün bunu aldım↙️


Təbii ki, rəngini də bəyəndim – nömrəsi 06. Bir də çoxdandı almaq istədiyim tuşu aldım. GR-un bu rəngli qablaşdırmalarda olan tuşlarını bəyənənlər hədsiz çoxdur.

81WC7hx6GsL._SL1500_

 

Mən də 1-ci dəfə üçün yaşıl qablaşdırmada olanından aldım. Xüsusilə, bu tuş haqda fikirlərim tezliklə blogda olacaq😉 Blesk və tuş 10% endirimlə 2-si birlikdə 5 manat neçəsə qəpik etdi.


H&M-dən cins kurtka aldım. Qara rəngdir. Qəribə materialı var😅 Kənardan koja kurtka kimi görünür, amma toxunanda cins kurtka olduğu hiss olunur. Çox bəyənərək aldım. Qiyməti 55 manatdan 25 manata düşmüşdü. Mən alanda 2 ədəd qalmışdı, 2-si də xS razmer idi. Amma xS də mənə azca böyük oldu deyəsən😑 Nə isə daha😅

Romantic-dən midi yubka aldım. Midi yubkaları keçən il praktika vaxtı kəşf etdim. Varlıqlarından xəbərim var idi, sadəcə heç geyinməmişdim o vaxta qədər😅 Amma özümə yaraşdırdım deyə simpatiyam artdı midi yubkalara qarşı😇 Bu yubkanı əvvəllər 30 manata görmüşdüm və çox bəyənmişdim, ancaq S razmeri belə mənə böyük olmuşdu deyə almamışdım. Həm də üzü qışa doğru gedirdi, bilirdim ki, qışda yubka filan geyinən deyiləm😅 Sonra bir ara deyəsən lap bahalaşdırmışdılar bunu (dollar qalxan vaxtlar). Uzun müddət sonra isə yenidən qarşıma çıxdı vəə qiyməti 10 manat olmuşdu😳 O an dedim ki, “yaxşı ki, 30 manat olanda almamışam”😈😅 10 manata görəndə kaçırmak istemedim. Baxmayaraq ki, sadəcə M razmeri qalmışdı, yenə də aldım. Onsuz da S-ini dərzidə düzəltdirmək lazım olacaqdı😅 (Ən balaca razmerlər də mənə böyük olanda kefim pozulur😟)


Koton-dan aldıqlarımı da göstərim☺️ Koton-da çox da yaxşı şeylər qalmamışdı. Endimdə olan paltarların çoxu qış paltarları idi. Mən də yazda qış paltarı alıb gələn qışa kimi gözləməyi bacaranlardan deyiləm, təəssüf ki😑 Deməli, bu koftanı aldım↙️


Həm rəngini, həm materialını, həm də üstündəki bəzəyini bəyəndim😍 xS razmerdir. Bu əynimə tam oldu💃🏻 Ümumiyyətlə, Koton-dakı xS razmer paltarlar sanki mənim əynimə tikilib😅 Ona görə ordan aldığım paltarları xüsusilə sevirəm və uzun müddət də gözümdən düşmür☺️ Bu koftanın qiymətini də deyim. Deyəsən 28 manat idi, 13 manata düşmüşdü👍🏼 Artıq bir neçə dəfə geyinmişəm😅

Koton-dan bir dənə də sep aldım. Maraqlı və fərqli olduğunu düşünürəm. Qiyməti 10 manatdan 3 manata düşmüşdü😉

Aliexpress-dən sırqa sifariş etmişdim aylar əvvəl. Bu haqda Instagram-da da paylaşmışdım. Saçaqlarını, rəngini filan bəyəndim😍 Qiyməti 1,79$ idi. Satıcının adı↙️

Ən sonda Ebay-dən aldıqlarımı da göstərim. Bir dənə sep və üzük dəsti aldım. Belə göz yaşı kimi üzüyü çoxdan görmüşdüm↙️

Bunu tapa bilmədim heç yerdə, Ebay-dən oxşarını tapıb sifariş etdim☺️ Sadəcə mən bu sepi daha balaca təsəvvür etmişdim, amma uzundur və göz hissəsi də iridir.

Üzük dəstini də Instagram-dan alacaqdım, amma sepi satan satıcıda eyni üzük dəsti də vardı deyə elə ebay-dən 2-sini birdən aldım. 25 günə gəlib çatdı☺️ Sep 1,62$, üzük dəsti 0,99$. Satıcının adı↙️

  

Təbii ki, bu aldığım aksesuarların hamısını şəffav dırnaq boyası ilə boyayacam ki, rəngləri qaralmasın və uzun müddət istifadə edə bilim.

Belə, qızlar😇 Ümid edirəm, bu yazımı bəyəndiniz və sizə də alışveriş üçün ideya verə bildim☺️ Hansıları bəyənib bəyənmədiyinizi mənə yaza bilərsiniz😌 Hələlik💃🏻

Shopping🛍” üçün 3 şərh

Bir şərh yazın