Saçlara qulluq

Saçlarınızı düzgün qurudursunuzmu?

Duşdan sonra saçlarımızı qurutmaq və ya saçlarımıza müəyyən bir forma vermək üçün adətən fendən istifadə edirik. Amma feni düzgün istifadə etmədikdə saçlarımız zərər görə bilər😟 Buna görə də fenin düzgün istifadə qaydalarını sizinlə bölüşməyə qərar verdim☺️

Young woman using hairdryer, frowning

🔸Çox vaxt saçlarımızın daha tez quruması üçün və ya istədiyimiz formaya düşməsini tezləşdirmək üçün feni ən yüksək temperatura qoyuruq. Yüksək temperaturda saçları qurutmaq qalın saçlar üçün daha zərərsiz ola bilər, lakin nazik və zədəli saçlar üçün çooxx zərərlidir😳 Ona görə də çalışın, saçlarınızı daha aşağı bir temperaturda qurudasınız. Aşağı temperaturda qurudulmuş saç daha parlaq olur və daha asan formaya düşür👍🏼

🔸Feni saçınızın tək bir nöqtəsində uzun müddət saxlamayın. Çalışın, feni tez-tez saçınızın fərqli hissələrində hərəkət etdirəsiniz☺️

🔸Təbii ki, saçlarımızın sağlamlığı fenin növündən də asılıdır.

blowdryerguide.png

İonlaşdırılmış fenlər istiliklə bərabər güclü hava üfürərək saçı daha tez qurutmağa kömək edir, amma bununla birlikdə saçlarımıza zərər verir😟

Keramika fenlər isə saçlara daha az zərər verir. Həmçinin, saçların elektriklənməsini azaldır və saça parlaqlıq qazandırır😇

Bir şərh yazın