Dırnaqlara qulluq

Умная Эмаль 2 “3-in-1”

Hə, qızlar, indi isə “Умная Эмаль”ın 3-in-1 məhsuluna keçək😌

Deməli, Nail Hardener Ultra Plus bitdikdən sonra “3-in-1″i aldım. Bu məhsul, adından da göründüyü kimi həm möhkəmləndirici, həm baza, həm də “top coat” vəzifəsini yerinə yetirir. Tərkibində jenşen var. Məhsulun vədd etdikləri↙️

🔹Dırnaqları möhkəmləndirir və daha sağlam edir;

🔹Dırnaqların sağlam uzanmağına kömək edir;

🔹Dırnaqlarda qoruyucu təbəqə yaradır;

🔹Dırnaqları infeksiya və dırnaq göbələyindən qoruyur.


İstifadə qaydası➡️Dırnaq boyasından əvvəl 2-3 qat, dırnaq boyasından sonra isə 1 qat tətbiq edilir. Möhkəmləndirici olaraq isə hər gün 2-3 qat tətbiq oluna bilər.

Bu məhsul da demək olar ki, o birisi kimidir. Mən bunu müntəzəm istifadə edə bilmədim😁 Yadıma düşdükcə 1-2 gün tətbiq edirdim ki, dırnaqlarımı qorusun, sonra da yadımdan çıxırdı😑 Çox nadir hallarda da dırnaq boyası tətbiq edəndə bunu baza və “top coat” olaraq istifadə edirdim. Yəni yadıma düşəndən düşənə istifadə etdim😏 Ona görə də bir xeyrini görmədim və dırnaqlarım yenidən zəiflədi😟 Sonra qərar verdim ki, müntəzəm istifadə edim, onda da istifadə müddətinin bitdiyini gördüm😅 Nə isə, bunu normal istifadə etmək qismət olmadı mənə😅

Bu məhsulu da Favorit marketdən 5.50 AZN-ə almışdım. Yəqin ki, müntəzəm olaraq istifadə olunsa, bir köməyi dəyər, çünki bu məhsuldan razı qalanlar çoxdur☺️

Bu qədər, qızlar😇 Hər 2 yazımı oxuduğunuz üçün təşəkkürlər😌

Умная Эмаль 2 “3-in-1”” üçün bir şərh

Bir şərh yazın