Dırnaqlara qulluq

Умная Эмаль 1 “Nail Hardener Ultra Plus”

Salam, qızlar😇 Bu gün sizə “Умная Эмаль”ın dırnaq üçün olan məhsulları haqqında danışmaq istəyirəm. Bu markanın dırnaq üçün bir çox fərqli məhsulları var. Mən bu məhsullardan 2-sini istifadə etmişəm:

🔹Nail Hardener Ultra Plus;

🔹3-in-1.

Əvvəlcə Nail Hardener Ultra Plus haqqında danışım☺️ Mənim dırnaqlarım çooxx zəifdir və gec-gec uzanır. Ona görə də həmişə dırnaq gücləndirici məhsullar istifadə etməyə çalışıram. Bu məhsulu da alıb sınamaq istədim və çoooxx razı qaldım😊

Məhsulun tərkibində kalsium fluorid, A, E və B vitaminləri var. Məhsul aşağıdakıları vədd edir↙️

🔹Dırnaqları sürətlə uzadır;

🔹Zəif və gücsüz dırnaqların üzərində qoruyucu təbəqə yaradır;

🔹Dırnaqları gücləndirir və daha sağlam edir.

7485861

Bu məhsul doğurdan da bütün vədd etdiklərini yerinə yetirir. Dırnaqlarımı həyatımda görmədiyim qədər uzatdı və gücləndirdi😳

Əvvəllər dırnaqlarım soyulub qırılırdısa, bu məhsuldan sonra bu problemlər aradan qalxdı.

Ümumiyyətlə, mən uzun dırnaqları çooxx sevirəm😍 Bu məhsuldan sonra dırnaqlarım o qədər uzanmışdı ki, bezib kəsmişdim hamısını😅

(Qızlar, bu şəkillər uzun müddət əvvəl köhnə telefonumla çəkildiyi üçün bir az keyfiyyətsizdir, ona görə sorry🙈☺️)

Məhsulun istifadə qaydası çox sadədir➡️Təmiz, quru və manikursuz (dırnaq boyası olmayan❗️) dırnaqlara hər gün 1-2 qat tətbiq edilir. Hər 5 gündən bir silinib yenidən tətbiq olunur və eyni proses belə davam etdirilir. 10 gün sonra nəticə görünməyə başlayır☺️

Bu məhsulu həm də dırnaq bazası və “top coat” olaraq da istifadə etmək olar. Belə ki, dırnaq boyasından əvvəl 1-2 qat baza olaraq, dırnaq boyasından sonra isə 1 qat “top coat” kimi tətbiq edə bilərsiniz.

Mən müntəzəm olaraq istifadə etdim və nəticələr əla oldu👍🏼 Həm dırnaq qoruyucusu kimi, həm də baza və “top coat” kimi istifadə etmişəm.

Favorit marketdən 5 manata almışdım. Hal-hazırkı qiymətini bilmirəm.

Dırnaqlarının gücsüzlüyündən şikayət edənlər üçün çooxx məsləhətli bir məhsuldur👍🏼

“Умная Эмаль” 3-in-1 məhsulu haqqında olan fikirlərim isə bir azdan💥😅😜

Умная Эмаль 1 “Nail Hardener Ultra Plus”” üçün bir şərh

Bir şərh yazın