Kosmetik məhsullar

Flormar “Bohemian Dream” Puffy Blush

Salam, qızlar😇 Bu gün sizə Flormar-ın “Bohemian Dream” kolleksiyasından olan Puffy ənliyi haqqında danışmaq istəyirəm. Məndəki rəngi 03 Grow Love-dır.


Bu ənliklərin maraqlı bir teksturası var. Belə ki, bu ənliklər həm krem, həm də toz ənlik kimidir. Yumuşaq teksturası var. Barmaqla toxunduqda krem ənliyə bənzəyir, amma yanaqlara tətbiq etdikdə isə toz ənlik formasını alır😅 İçərisində zər filan yoxdur. Amma yanaqlarda mat qalmır, təbii parlaq görünüş verir😍

Rəng verməsi yaxşıdır. Qalıcılığı da normaldır. İstifadəsi isə bir az narahatdır. Çünki fırça ilə tətbiq etdikdə az rəng verir. Fırçanı ənliyə çox toxundurduqda isə lap çox rəng verir😑 Ona görə az-az toxunduraraq istədiyimiz rəngi əldə etməliyik. Yoxsa yanaqlarımız ya rəngsiz olacaq, ya da lap almaya dönəcəyik😅 Bu ənliyi barmaqlarımızla da tətbiq edə bilərik. Bu zaman daha rahat tətbiq olunur😉


03 Grow Love rəngi narıncı alt tonludur. Mənim kimi əsmər, qaraşın qızlara daha çox yaraşan bir rəngdir. Yanaqlarda çox təbii görünür😍

Mən Instagram-da @flormar.farmasi səhifəsindən 5 manata almışam. Flormar-ın öz mağazasından da tapmaq olar deyə düşünürəm. Məncə qiymətinə görə çox yaxşı bir məhsuldur. Gündəlik istifadə üçün bir ənlik axtarırsınızsa, bu ənliyə baxa bilərsiniz. Özümün də dəfələrlə alacağım məhsullar sırasındadır☺️

Oxuduğunuz üçün təşəkkürlər, qızlar😇 Ümid edirəm ki, bu yazım da sizin üçün faydalı oldu😌 Hələlik❤️

Flormar “Bohemian Dream” Puffy Blush” üçün 2 şərh

  1. blogunuzu yeni kəşf etmişəm 🙂 çox gözəl yazılarınız var, həvəslə və yavaşca oxuyuram ki, tez bitməsin.Mənim üzüm yağlıdı ona görə məsləhət gördüklərinizi diqqətlə oxuyub almağa çalışacam.hə bir də çoxluca rəy yazacam ♡♡♡uğurlar sizəə !

    tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın