Nədir?

Dırnaq bazası nədir?

Dırnaqlarımızın daha sağlam və səliqəli olmağı üçün onlara mütləq qulluq etməliyik. Xüsusilə, fəsil dəyişikliyi vaxtında dırnaqlarımız lap həssaslaşıb soyulur və qırılır😟 Bu kimi problemlərin qarşısını almaq üçün dırnaq bazaları bizim köməyimizə gəlir. Dırnaq bazaları bizi səliqəli dırnaqlara qovuşdurmaqla bərabər, bir çox başqa məqsədlər üçün də istifadə olunur.

Best-Nail-Base-Coat

Dırnaq bazası – birbaşa dırnağa tətbiq olunan şəffav bir boyadır. Bu bazaların fərqli-fərqli növləri də var➡️dırnaqları möhkəmləndirən, dırnaqların saralmağının qarşısını alan, dırnaqları sürətlə uzadan bazalar və s.

10-Best-Nail-Strengtheners-copy.jpg

Dırnaq bazası əsasən dırnaq boyasından əvvəl tətbiq olunur ki, dırnaq boyasındakı zərərli maddələr dırnaqları zədələməsin. Həm də bəzən dırnaqlarımız kələ-kötür formada ola bilir. Baza tətbiq etdikdə isə hamarlaşır və dırnaq boyası dırnaqlarda daha gözəl görünür😍

blue-nail-art-nail-polish-nails-Favim.com-602188

Əgər dırnaq boyası çəkməyi sevmirsinizsə və dırnaqlarınızın sadə görünməyini istəyirsinizsə, yenə də dırnaq bazaları sizin köməyinizə çatır☺️ Təkcə dırnaq bazası tətbiq olunmuş dırnaqlar daha parlaq və səliqəli görünür👍🏼

54fe2ea6d0bae-manicure-0810-kfphjb-s3

Bir şərh yazın