Dəriyə qulluq

Üz makiyaja necə hazırlanmalıdır?

Salam, qızlar😌 Bu gün sizə üzün makiyaja hazırlanması haqqında danışmaq istəyirəm😊 Qüsursuz bir makiyaj etmək istəyirsinizsə, əvvəlcə üz dərinizi makiyaja hazırlamalısınız. Dəriyə düzgün qulluq edilmədən tətbiq olunan makiyaj, nə qədər yaxşı məhsullarla və düzgün texnika ilə edilsə də, gözlənilən nəticəni verməyəcəkdir. Buna görə də üzü mütləq makiyaja hazırlamaq lazımdır:

porselen-makyaj-nasil-yapilir_646x340

🔸Üz dərisinin təmizlənməsi↙️

Üzün makiyaja hazırlanmasının ilk mərhələsi dərinin təmizlənməsidir. Bunun üçün dəri tipinizə uyğun olan istənilən təmizləyici vasitə ilə üz dərinizi təmizləyə bilərsiniz☺️

🔸Tonik↙️

Təmizlənən dərinin pH-ını tənzimləmək və məsamələri kiçiltmək üçün pambıqla üzə tonik çəkilir. Tonikin dəriyə tam hopması üçün bir neçə dəqiqə gözləmək lazımdır😉

🔸Nəmləndirici krem↙️

Dərini toniklədikdən sonra dərinin nəmə ehtiyacı olduğu üçün üzə nəmləndirici krem çəkilir. Dəriniz yağlıdırsa, az miqdarda nəmləndirici sizin üçün kifayət olacaqdır.

🔸Günəşdən qoruyucu krem↙️

Əgər gündüz makiyajı edəcəksinizsə, dərinizi günəşin zərərli şüalarından qorumaq üçün günəşdən qoruyucu krem də çəkə bilərsiniz. Yağlı dəriyə sahib olanlar nəmləndiricinin əvəzinə, günəşdən qoruyucu krem istifadə edə bilərlər.

🔸Göz ətrafı kremi↙️

Göz ətrafı çox həssas olduğu üçün xüsusi qulluğa ehtiyacı var. Gözətrafı dəri çox nazik olduğu üçün tez qırışa bilir😟 Göz ətrafı üçün olan kremlər gözün bu həssas quruluşuna uyğun olaraq istehsal edilir. Ona görə də qırışlara, gözaltı qaraltılara və şişliklərə qarşı istifadə etdiyiniz bir kreminiz varsa, makiyajdan əvvəl mütləq göz ətrafınızı da nəmləndirin.

🔸Üz bazası↙️

Makiyajdan əvvəl üzünüzə az bir miqdarda üz bazası çəksəniz, makiyajınız gün ərzində pozulmadan qalacaqdır (Üz bazası nədir?).

🔸Göz bazası↙️

Göz makiyajınızın qalıcılığını artırmaq üçün çox az miqdarda göz bazasını göz qapaqlarınıza tətbiq edin (Göz bazası nədir?).

🔸Dodaqların nəmləndirilməsi↙️

Dodaq boyanızın qüsursuz görünməsi üçün quru və çatlamış dodaqları nəmləndirmək olduqca vacibdir. Buna görə də dodaqlarınıza dodaq nəmləndiricisi tətbiq edin və bir neçə dəqiqə sonra artıqlarını salfetlə təmizləyin😉

Bu yazdıqlarım çox uzun görünsə də, əslində bir neçə dəqiqənizi alacaq, nəticədə isə makiyajınız qüsursuz və gözəl olacaq.

Unutmayın ki, qüsursuz bir makiyaj üçün əvvəlcə, dəriniz qüsursuz olmalıdır☺️

Üz makiyaja necə hazırlanmalıdır?” üçün 3 şərh

Bir şərh yazın