Makiyaj sirləri

Daha səliqəli görünən qaşlara necə sahib ola bilərik?

Bu ilin ən vacib trendlərindən biri təbii və qalın qaşlar oldu. Bu dəbə uyğunlaşmaq üçün qalın qaşlara sahib olmaq şərt deyil. Çünki kosmetik məhsulların köməyi ilə daha gözəl görünüşlü və səliqəli qaşlara sahib ola bilərsiniz.Qaş geli, qaş qələmi və ya qaş doldurmaq üçün kölgə ilə qaşlarınıza istədiyiniz formanı verə bilərsiniz. Bəs bu məhsullardan hansı sizin qaşlarınıza daha uyğundur?

🔸Qaş qələmi🔸

🔹Kimlər üçün uyğundur?

Qaşlarınızın arasında boşluqlar varsa, qaş qələmini qaşlarınıza forma vermək üçün istifadə edə bilərsiniz. Qaş qələmi alarkən qaşlarınızla eyni rəngdə olmağına diqqət edin. 1-2 ton fərqlilik belə qaşlarınıza süni bir görünüş verə bilər.

EyeBrow-Pencil-Z

🔹Necə istifadə etməlisiniz?

Ucu yumşaq olan qaş qələmi almağa çalışın. Əvvəlcə qaşlarınızı yuxarı doğru darayın. Daha sonra, sadəcə aralarındakı boşluqları doldurun. Qaş qələmi ilə bütün qaşınızı boyamağa ehtiyac yoxdur.

🔸Qaş doldurmaq üçün kölgə🔸

🔹Kimlər üçün uyğundur?

Qaşlarının rəngi çox açıq olanlar və qaşları çox seyrək olanlar qaş doldurmaq üçün olan kölgə ilə qaşlarına forma verə bilər.

NYX-Eyebrow-Kit-with-Stencil-small

🔹Necə istifadə etməlisiniz?

Əvvəlcə qaşlarınızı darayın. Daha sonra qaş diblərindən başlayaraq kölgəni küt uclu bir fırça köməyi ilə tətbiq edin. Sadəcə boşluqları doldurmaq üçün deyil, qaş kölgəsini bütün qaşınıza diblərdən tətbiq edin.

🔸Qaş geli🔸

🔹Kimlər üçün uyğundur?

Qaş geli, saç lakı kimi qaşları sabitləmək üçündür. Qaşları həmişə düşən insanlar daha yorğun görünürlər. Bu görünüşə son vermək üçün qaşlarınızı qaş geli ilə yuxarı doğru sabitləməlisiniz.

the-best-brow-gels-2

🔹Necə istifadə etməlisiniz?

Geli qaşlarınızın çıxma istiqamətindən yuxarıya doğru darayaraq tətbiq edin. Qaş gellərinin həm şəffav, həm də rəngli növləri var. Rəngli qaş geli seçərkən qaşlarınızın rənginə ən yaxın tonu seçməyə diqqət edin.😉

bold-brows

Daha səliqəli görünən qaşlara necə sahib ola bilərik?” üçün bir şərh

Bir şərh yazın