Saçlara qulluq

Pantene saç ucları üçün serum

Bu gün sizə Pantene-nin saç ucları üçün olan məhsulundan danışmaq istəyirəm. Lakme qurtarandan sonra bu məhsulu da alıb istifadə edim deyə düşündüm. Çünki saç uclarım o qədər quru və cansızdır ki, yeni-yeni məhsullar sınamaq şərtdir😅 Deməli, bu məhsulu da istifadə edib bitirdim və tam olaraq fikirlərim formalaşdı.

Mən bu məhsulu heç sevmədim. Vəd etdiyi kimi haçalanmış saç uclarını bərpa edə bilmədi. Onsuz da bunu gözləmək möcüzə kimi bir şeydir😑 Mənim bu tip məhsullardan gözlədiyim tək şey, sadəcə saçların daha da çox qırılmasının qarşısını almaqdır. Pantene-nin bu məhsulu isə bunu bacara bilmədi😞

Məhsul yağlı teksturaya sahibdir və təəssüf ki, saçlarda da yağlı görüntü saxlayır😫 Bu məhsulda sevdiyim tək şey qoxusu oldu – normal qoxusu var, xoş təsir bağışlayır.

Məhsulu quru saç uclarına tətbiq etmək lazımdır. Mən də eynilə belə edirdim. Amma təəssüf ki, heç bir xeyrini görə bilmədim😥

img_8070

Favorit marketdən almışdım. Qiyməti yadımda deyil, amma mən alanda 5 manatdan baha deyildi. Təxminən 3-4 manat kimi bir qiymətə idi.

Əsla bir daha alacağım bir məhsul deyil və heç kimə də məsləhət görmürəm.

Pantene saç ucları üçün serum” üçün bir şərh

Bir şərh yazın