Kosmetik məhsullar

Maybelline Dream Pure BB Cream

Bu gün sizə haqqında danışmaq istədiyim məhsul Maybelline BB kremidir. Bu BB-nin 2 növü var:

🔹Normal dərilər üçün olan, dəriyə daha çox nəmlilik və parlaqlıq verəcəyini vəd edən “Dream Fresh”;

🔹Yağlı dərilər üçün olan və tərkibində 2%-li salisil turşusu olan “Dream Pure”.

 

Məndəki yağlı dərilər üçün olanıdır. Medium rəngini almağıma baxmayaraq, mənə bir az açıq gəldi.

Maybelline Dream Pure BB kremi tamamilə sağlam dəri görüntüsü vəd edir. Tərkibindəki salisil turşusu ilə də sızanaq yaranmasının qarşısını aldığını hədəfləyir. Bunlardan əlavə, dəridəki qüsurları, qızartıları gizlətməyi, məsaməli görünüşü azaltmağı və tərkibindəki SPF 15 ilə də dərini günəşin zərərli şüalarından qorumağı vəd edir.


Bu BB-nin örtücülüyü çox azdır. Sadəcə dəridəki rəng bərabərsizliyini düzəldir. Vəd etdiyi kimi məsamələri də o qədər gizlədə bilmir. Tərkibində yağ olmamasına baxmayaraq, üzdə mat qalmır. Əslində üzə tətbiq etdikdə mat bitiş yaradır, amma 1 saat keçməmiş dəri yağdan parıldamağa başlayır. Yəni hiss olunur ki, bu, sağlam dəri parıltısı deyil, yağdır😔 Sızanaq yaranmasının qarşısını aldığını vəd etsə də, bu da yalan söhbət oldu😑

Mən “Sabina”dan 7 manata almışam. Əslində eşitmişəm ki, “Sabina”dakı Maybelline məhsulları orginal deyil. Bəlkə də ona görə mən bu məhsulu çox da sevmədim. Amerika istehsalı olanı alıb yoxlamağı düşünürəm. Sırf aralarında fərq olub-olmadığını görmək üçün, amma “Sabina”dan bir daha almayacağımı dəqiq bilirəm😅

Nəticədə, bu BB-ni sevmədim və məsləhət də görmürəm.

Bir şərh yazın