Makiyaj sirləri

Makiyajda edilən 5 SƏHV

Makiyaj edərkən, özümüzə ən çox yaraşan stili tapmaq üçün fərqli üsullar sınayırıq, amma bu üsullar həmişə heç də doğru olmur. Bəlkə də hər gün etdiyiniz makiyaj səhvləri makiyajınızın daha pis görünməyinə səbəb olur. Ona görə də sizə makiyajda edilən 5 səhv haqqında danışmaq istəyirəm:

shutterstock_220297552-1

🔹1🔹Fırçanı üfürmək:

Makiyaj edərkən hamımızın niyəsə etdiyi bir hərəkət var. Ənlik və ya göz kölgəsi tətbiq edərkən, əvvəlcə fırçanı məhsula batırırıq, sonra isə fırçanı üfürürük. Bunu niyə edirik ki?😁 Fırçanı üfürmək bakteriya yaranmasına səbəb ola bilər. Bu bakteriyalar üzdəki məsamələrə dolaraq sızanaq yarada bilir. Fırçanızdakı artıq göz kölgəsi və ya ənlikdən, əlinizi yuduqdan sonra, fırçanı ovcunuza və ya əlinizin üstünə toxunduraraq azad ola bilərsiniz. Eyni nəticəni alacağınızdan əmin ola bilərsiniz😉

🔹2🔹Makiyajla yatmaq:

Bəzən o qədər yorğun oluruq ki, makiyajımızı təmizləməyə həvəsimiz olmur😥 Amma makiyajı təmizləməmiş yatmaq dəri qüsurlarının başlıca səbəblərindəndir. Gecə boyunca məsamələrə dolan makiyaj qalıntılarını səhər təmizləsək belə dərimiz tam təmizlənməmiş kimi hiss edirik😔 Buna görə də yorğun olduğumuz günlər makiyajınızı heç olmasa makiyaj təmizləmək üçün olan salfetlərlə təmizləyin☺️

🔹3🔹Geyimə uyğun göz kölgəsi seçmək:

İstifadə etdiyiniz göz kölgəsi və geyiminizin eyni rəngdə olması artıq uzun müddətdir ki, dəbdə deyil. Əksinə, geyiminizlə kontrast tonlarda göz kölgəsi seçsəniz, həm geyiminizi, həm də makiyajınızı ön plana çıxara bilərsiniz😌

🔹4🔹Fırçanı dəfələlə tuşa batırıb çıxarmaq:

Tuş tətbiq etməzdən əvvəl fırçanı dəfələrlə tuşa batırıb çıxarmaq tuşun qurumasına səbəb olur. Bu da tuşun ömrünü azaldır, çünki içərisinə hava dolur😏 Fırçanı tuşa 1 dəfə batırmaqla, 10 dəfə batırmaq arasında heç bir fərq yoxdur, əmin olun😌

🔹5🔹Tonal krem seçimi:

Tonal krem seçərkən adətən əlimizin üzərində, ya da biləyimizdə yoxlayıb alırıq. Niyə bunu edirik?🤔 Axı tonal kremi əlimizə vurmaq üçün almırıq🙄 Ona görə də tonal krem almağa gedərkən mütləq makiyajsız getməlisiniz. Üzünüzün uyğun bir yerinə bəyəndiyiniz tonal kremləri çəkib seçməlisiniz. Bununla təkcə rəngini yox, tonal kremin quruluşunu və üzdə necə yayıldığını da görmüş olacaqsınız😊

Makiyajda edilən 5 SƏHV” üçün 2 şərh

Bir şərh yazın