Saçlara qulluq

Lakmē sun care serum

Bu gün sizə ispan markası olan Lakme-nin Sun Care Serum-u haqqında danışmaq istəyirəm. Bu məhsul saçları günəşin zərərli şüalarından və saçqıranlardan qorumağı vəd edir.Əvvəlcə onu deyim ki, çox bərəkətli məhsuldur – qurtarmaq bilmir😅 Mən 1 ilə istifadə edib bitirə bildim və bu məhsuldan doğurdan da çox razı qaldım.

Bu serum saç uclarını qidalandırır, saçqıranların çoxalmağına imkan vermir. Saçları çox yumşaq və parlaq edir. Məhsulun yağlı olmağına baxmayaraq, saçlarda yağlı görüntü yaratmır, əksinə quru saç uclarını canlı göstərir. Məhsulu saça tətbiq etdikdən sonra saçlar çox sağlam və baxımlı görünür, hətta bu, ətrafdan da hiss olunur😉 Qoxusu da xoşdur – konfet kimi şirin qoxusu var☺️ Ən asası tərkibində zərərli maddələr – paraben, mineral yağlar və polietilen qlikol yoxdur❌❌❌

Məhsulu həm quru, həm də yaş saçlara tətbiq etmək olar. Əsasən saç uclarına tətbiq edin. Saç diblərinə vurmayın. Mən hər dəfə saçımı yuduqdan sonra, nəm saçlarıma tətbiq edirdim, daha sonra saçlarımı qurudurdum. Doğurdan da çox faydasını gördüyüm bir məhsul oldu. Mənim cansız, zəif, qırıq saçlarımı özünə gətirə bildi.

img_8068

Lakme-nin öz mağazasından 6.80 AZN-ə almışdım. Amma bir çox marketlərdə də satıldığını görmüşəm.

Saçqıranlardan bezən qızlara şiddetle tavsiye ediyorum😅 Özümün də dəfələrlə alacağı məhsullar sırasındadır.

Lakmē sun care serum” üçün bir şərh

Bir şərh yazın