Kosmetik məhsullar

L.A. Girl “PRO.conceal” HD.high-definition concealer

Bu gün sizə L.A. Girl HD Pro Concealer haqqında danışmaq istəyirəm. Əvvəlcə onu deyim ki, “concealer” sözünün Az-dilinə necə tərcümə olunduğu barədə çətinlik çəkirəm. Qapatıcımı deyim, örtücümü deyim, nə deyim, qərarsızam😅 Nə isə😁 Deməli, bu örtücünün bir çox rəng seçimləri var. Məndəki rəngi “Natural”dır. Mənə azca açıqdır bu rəng, amma kirşanlara sabitlədikdən sonra rəngi dəri rəngimə uyğunlaşır.


Örtücünun ucu fırça kimidir. Məhsulu tətbiq etdikdə içərisindəki məhsul nəzarətli şəkildə çıxır, yəni nə birdən-birə çox çıxır, nə də az çıxır – lazımı qədər çıxır, qısaca☺️


Krem teksturalıdır, azca qatıdır. Rahat tətbiq olunur. Örtücülüyü də yaxşıdır. Göz altlarını qurutmur, xətlərə də çox dolmur. Amma mütləq kirşanla sabitləmək lazımdır ki, xətlərə dolma problemi çox olmasın😉 Gündəlik istifadəyə uyğundur məncə, çünki göz altlarında ağır və süni görüntü yaratmır.


Mənim üçün tək mənfi cəhəti ölçüsünün balaca olmağıdır, yəni tez qurtaran məhsuldur və arada bir məhsulu sıxıb çıxardanda hava və su çıxır içərisindən😐

Nəticədə, sevdiyim və yenidən alacağım məhsullar sırasındadır, amma gələn dəfə “Creamy Beige” rəngini almağı düşünürəm😅

Instagram-da @realbeauty_az mağazasından 7 manata almışdım. Hal-hazırki qiymətini isə bilmirəm.

Bir şərh yazın