Saçlara qulluq

Həcmli saçlara necə sahib ola bilərik?

Saçlarımızı yuyarkən adətən, əvvəlcə saçımızı şampunlayırıq, daha sonra balzam vururuq. Amma bu, əslində belə olmalı deyil. Daha effektiv nəticə almaq üçün bunu tam əksinə etməliyik. Yəni əvvəlcə saçlarımıza balzam vurub bir neçə dəqiqə gözləyib durulayırıq, sonra isə şampunla yuyuruq. Belə etdikdə saçlarımız daha həcmli olacaq. Çünki saça ən çox ağırlıq edən hissə saç uclarıdır. Buna görə də əvvəlcə saç uclarını balzamla yüngülləşdirib, daha sonra şampunla yusaq, daha həcmli saçlara sahib olacayıq. Bu üsul qalın saçlı xanımlarda daha effektiv olur. Nazik saçlı xanımlarda isə, əgər saçlarınız yağlılığa görə həcmli qalmırsa, bunun sizə təsiri olmayacaq, amma saçlarınız gec yağlanırsa, bu üsul sizdə də gözəl nəticə verəcək😇☺️

1307376375_dogru-sampuan-nasil-secilir-1381796

Həcmli saçlara necə sahib ola bilərik?” üçün 2 şərh

Bir şərh yazın